Xocalı soyqırımı ABŞ-ın Texas Ştatında anılıb
  • DAĞLIQ QARABAĞ

  • 03:55 27 Fevral 2019

Xocalı soyqırımı ABŞ-ın Texas Ştatında anılıb

Amerika Birləşmiş Ştatlarının Texas Ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

ONA-nın Amerika bürosunun xəbərinə görə, Hyustonda yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Azad Aslanov çıxış edib və Azərbaycan tarixindəki bu qanlı faciə barədə danışıb. O, Texas ştatının Amerika Birləşmiş Ştatları arasında Xocalı soyqırımını tanıyan ilk ştat olduğubu bildirub: 

“ Texas Ştatı Xocalı soyqrırımını -2011-ci ildə ABŞ ştatları arasında birinci qəbul edib. Bu burada yaşayan azərbaycanlıların gərgin əməyinin nəticəsidir. Biz buna görə burada Azərbaycanı təmsil edən təşkilatlara öz təşəkkürümüzü bildiririk”. 

Diplomat həmçinin bütün dünyada yaşayan azərbaycanlıları birliyə, həmrəyliyə səsləyib. 

”Bu gün yaşadığı yerdən asılı olmayaraq azərbaycanlılar həmrəy olmalı informasiya müharibəsində Ermənistana qalib gəlməlidir. Çünki onlar faciədən dərhal sonra və indi də Xocalı ilə bağlı yalnış informasiya verməyə, dünya ictimaiyyətini aldatmağa davam edirlər. Baxmayaraq ki ortada oinların soyıqırım əməllərini sübut edəcək kifayət qədər sübut mövcuddur”, - deyə, Azad Aslanov vurğuluyıb.  

Daha sonra tədbirdə Şamil Nəcəfzadənin “Müharibə uşaqları” adlı sənədli filmi nümayiş olunub.
 

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR