Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - [color=red]FOTOSESSİYA[/color]
  • DİASPOR

  • 18:32 28 İyul 2020

Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - FOTOSESSİYA

Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı bu gün Londonda etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosunun verdiyi xəbərinə görə, soydaşlarımız əvvəlcə BBC-nin binası önünə toplaşıblar.

Mitinq iştirakçıları Ermənistanın təcavüzünə, Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildirib, Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.   

Mitinqdə “Mənim ölkəm işğal altındadır!”, "Ermənistanın təcavüzünə son!", “Qarabağ Azərbaycandır!”, “Terrora yox!”, “Qarabağa ədalət!”, “Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.

Aksiya zamanı əraziyə gələn bir qrup erməni provokasiyaya əl atmağa cəhd göstərib. Tərəflər arasında xırda insident baş versə də, London polisinin müdaxiləsi nəticəsində provokasiya baş tutmayıb, insidentin böyüməsinin qarşısı alınıb, mitinq davam edib.  

Mitinqin ardından aksiya iştirakçıları BBC-nin yerləşdiyi Portland küçəsindən Parlament binasına doğru yürüş ediblər. Onlar Trafalqar meydanı, Piccadily küçəsindən və Baş nazir Boris Consonun ofisinin yerləşdiyi “Downing Street”in qarşısından keçərək Azərbaycanla bağlı şüarlar səsləndiriblər. Yürüş boyu “Cənab Leytenant”, “Çırpınırdı Qara Dəniz” mahnıları səsləndirilib. Eyni zamanda yürüş iştirakçılarını üzərində ekran quraşdırılmış avtomobil müşayiət edib. Ekranda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu barədə məlumatlar, Qarabağ həqiqətlərindən bəhs edən çıxışlar nümayiş etdirilib.

Aksiya iştirakçıları daha sonra Parlament binasının qarşısında toplaşaraq Azərbaycan himnini səsləndiriblər.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR