• DÜNYA

    07:59 30 iyul 2019

Braziliya həbsxanasında baş vermiş iğtişaşlar zamanı ölənlərin sayı 57-yə çatıb - YENİLƏNİB

Braziliya həbsxanasında baş vermiş iğtişaşlar nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, onlardan 16 nəfərin başı kəsilib və 41 nəfər tüstüdən boğularaq ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Para ştatının penitensiar xidmətindən məlumat verilib.

Bundan əvvəl 52 nəfərin öldüyü deyilirdi.

İğtişaşlar ötən gün səhər saatlarında baş verib və günortaya qədər davam edib. İğtişaşçılar iki nəzarətçini də girov götürüb, ancaq onlar sonradan azad edilib.

Rəsmilər bir neçə saat iştişaşların yarandığı məkana daxil ola bilmədiyindən dəqiq ölü sayı barədə bir məlumat əldə etmək mümkün olmayıb. Məlumata görə, iğtişaşlar qeyri-qanuni narkotik dövriyyəsi ilə məşğul olan iki kriminal qruplaşma arasında yaranmış toqquşmadan sonra meydana gəlib.

***

Saat 21:30

Braziliyanın şimalında həbsxanada baş vermiş iğtişaş zamanı 50-dən çox dustaq ölüb.

APA xəbər verir ki, bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb. Ümumilikdə 52 nəfər öldürülüb, onlardan 16 nəfərinin başı kəsilib. Sonradan insidentin yarandığı məkanda yanğın meydana gəlib ki, nəticədə bəzi dustaqlar tüstüdən boğularaq ölüb.

Məlumata görə, hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib. Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq sonradan azad ediliblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR