102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə “Ermənistanın Dostları Şəbəkəsi”nin Aİ ilə İrəvan arasında münasibətlərin dərinləşməsinə dair hesabatını şərh edərkən bildiriblər.
Qeyd olunub ki, Aİ-nin təhlükəsizlik təklifləri sağlam düşüncəyə tamamilə zidddir.
“102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirməsi təhlükəli demaqoqiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir", - Rusiya XİN-dən bildirilib.