• HADİSƏ

    01:04 13 yanvar 2020

Abşeronda avtomobilin vurduğu kişi ölüb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR