• HADİSƏ

    16:05 26 iyul 2019

FHN İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb.

ONA FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR