• HADİSƏ

    21:04 9 aprel 2021

İmişlidə yeniyetmə qız intihar edib

İmişlidə 16 yaşlı qız özünü asıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Fərzəliyeva Oksana Nəriman qızı özünü asaraq intihar edib.

İntiharın səbəbləri hüquq-mühafizə orqanları tətəfindən aydınlaşdırılır.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR