• HADİSƏ

    22:02 2 oktyabr 2019

İmişlidə meşə zolağı yanır

İmişli rayonunun Əlyetməzli kəndi ərazisindəki meşə zolağında yanğın başlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR