Sumqayıtda qadın kişini qətlə yetirib
  • HADİSƏ

  • 11:40 30 Noyabr 2022

Sumqayıtda qadın kişini qətlə yetirib

Noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə ONA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülüb.

Aydın Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR