MN: Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib, ermənilər həmişəki kimi itkiləri gizlədir
  • HƏRBİ

  • 13:34 13 İyul 2020

MN: Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib, ermənilər həmişəki kimi itkiləri gizlədir

“Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən itkilərini gizlədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq, düşmən hər zamankı kimi itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

V. Dərgahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərlərə inanmağa çalışıb.

V.Dərgahlı onu da bildirib ki, Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR