Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir  - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 10:14 22 Aprel 2021

Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur.

Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.
Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR