• HƏRBİ

    13:32 22 sentyabr 2019

Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.

Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.

Allah rəhmət etsin!

Fuad

Teqlər:

SON XƏBƏRLƏR