PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 16:12 04 May 2021

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən   Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.

PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR