Azərbaycanda ümumi enerji istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ildə 35-40%-ə çatdırılması nəzərdə tutulub. 2017-ci ildə bu göstərici (bəzi iri su elektrik stansiyaları daxil olmaqla) 9,8% təşkil etmiş.
ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə ümumi enerji istehsalında bərpa olunan enerji mənbələrin payı 15%-ə, 2025-ci ildə isə 25-30%-ə çatdırılması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, 2018-2020-ci illər ərzində Azərbaycanda ümumi gücü 420 MVt olan alternativ və bərpa olunan enerjisi layihələrinə 678,4 mln. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. Bunun 555,4 mln. dolları külək enerjisi (6 layihə), 63 mln. dollarə günəş enerjisi (10 layihə), 60 mln. dolları isə biokütlənin emalından alınan enerji sahəsində olan layihələrə (7 layihə) yönəldiləcək.
Azərbaycanda potensial bərpa olunan enerji mənbələrinin ən böyük payı külək enerjisinə düşür (59,2% - 15 min MVt). İkinci yerdə günəş enerjisi (31,6% - 8 min MVt), daha sonra biokütlə (3,5% - 900 MVt), geotermal (3,1% - 800 MVt) və su (2,6% - 650 MVt) mənbələri yerləşir.