18 noyabr 2024-cü il tarixindən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb. Qeyd olunub ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Məlumata görə, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.