Oljas Süleymenov: “Ədəbiyyat üzrə Nobel mükafatı daha çox təsadüfi adamlara verilir”
  • MƏDƏNİYYƏT

  • 15:10 03 Oktyabr 2019

Oljas Süleymenov: “Ədəbiyyat üzrə Nobel mükafatı daha çox təsadüfi adamlara verilir”

“Ədəbiyyat üzrə Nobel mükafatı əvvəlki nüfuzunu itirib”.

Bunu APA-ya Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib. 

Onun sözlərinə görə, Ədəbiyyat üzrə Nobel mükafatı daha çox təsadüfi adamlara verilir: “Görünür Nobel Komitəsinin üzvləri ədəbiyyatdan xəbərsizdirlər”. 

O. Süleymenov I Asiya Yazıçılar Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı zamanı Nobel mükafatına alternativ “Böyük Asiya” mükafatının yaradılması təklifinə də münasibət bildirib.

O qeyd edib ki, bu mükafat Asiya xalqlarının ədəbiyyatının inkişafına kömək edəcək: “Düşünürəm ki, “Böyük Asiya” mükafatı dünya ədəbiyyatının inkişafına Nobel mükafatından daha çox töhfə verəcək”.  

Xatırladaq ki, sentyabrın 4-dən 6-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda I Asiya Yazıçılar Forumu keçirilib. Forumda “Böyük Asiya” ədəbiyyat mükafatının yaradılması təklif edilib. 

ONA

Teqlər: Oljas Süleymenov

OXŞAR XƏBƏRLƏR