• SİYASƏT

    15:55 15 fevral 2021

COVID həyatın qiymətini dəyişdi? - MƏQALƏ

Pandemiya mənəvi və iqtisadi perspektivlərdən böyük bir mina sahəsidir. Dövlətlər bu ağır seçimlər qarşısında necə tab gətirir? Onlar doğru seçim edirlərmi?

Haazırda bu dilemmalar məyusedici bir şəkildə hamımıza tanışdı. Karantin, yoxsa azadlıq? Əgər biz karantini seçiriksə, iqtisadiyyatın hansı sahələri açıq qalmalıdır və nə vaxt açılmalıdır? Bəs məktəblər? Bəs ibadət yerləri? Mədəniyyət və idman mərkəzləri necə?

Hər bir halda soruşulan sual əsasən eynidir: x qədər insanı COVID-dən xilas etmək cəmiyyətə y qədər zərərə dəyərmi? Sual isə adətən sosial zərər müstəvisində yox, iqtisadi zərər müstəvisində formalaşır. Çünki sonuncunu ölçmək daha asandır (Birlikdə dua etməyi belə bacarmayan dindar insanlara, qaynaşmağı bacarmayan məktəblilərə və yaxud sənətdən məhrum olan hər hansı birimizə dəyən zərəri necə ölçə bilərik?) Belə hesablamalar olduqca mürəkkəbdir, amma bunlardan istifadə etməyin bizi gətirdiyi nöqtə mənəvi cəhətdən daha da qorxuducudur: bəzi insanların həyatı digərlərinkindən dahamı üstündür?

Keçən il ərzində bütün bu suallar iqtisadçıları, epidemioloqları və karantin şübhəcilərini də eyni qədər düşündürdü. Bir qrup bu hesablamaların pandemiya kimi fövqəladə hallarda öz əhəmiyyətini itirdiyini desə də, digər qrup bunu özümüzə soruşmalı olduğumuz suallardan yayınma hesab edir. Yaneer Bar-Yam fizik və Massaçusetsdə Yeni İngiltərə Mürəkkəb Sistemlər İnstitutunun prezidentidir. O da bizim sehrbazın izləyiciləri kimi səhv yerə fokuslandığımızı düşünür. “Sehr hiyləsi vacib olandan fikri yayındırmaq üçün vacib olmayana fokuslanmaqdadır”, - o deyir.

Bəlkə artıq bir az geriyə çəkilib böyük şəklə baxmaq vaxtıdır?

Təəccüblü deyil ki, pandemiya ilə bağlı seçimlər xərc-gəlir müstəvisində formalaşır. Təqaüdə çıxmış Ali Məhkəmə hakimi Lord Sumption bəzi həyatların digərlərindən daha vacib olduğunu qeyd edəndə, bu böyük narazılığa səbəb oldu. Amma həqiqət budur ki, dövlətlər belə dəyər tipli mühakimələri həmişə edirlər. Məsələn, Milli Sağlamlıq Servisinə yeni müalicə təklifi verib-verməməkdə. Əslində, britaniyalı müstəqil iqtisadçısı Juliam Jessopun dediyi kimi, biz hamımız bunu edirik. Bir çox insana “10 milyard avronu bir insanın əcəlsiz ölməməsi üçün xərcləməyə dəyərmi?” sualı versək, çox insan “yox” cavabı verəcək. Yaxud, onlardan həyat gəmisindəki sonuncu yeri xəstə qoca bir kişiyə, yaxud sağlam bir uşağa vermələrini soruşsanız, bir çoxu uşağı seçəcək. “Bu məhdud olan resursları daha ədalətli şəkildə istifadə etməklə əlaqəlidir”, - Jessop düşünür.

İnsan həyatını dəyərləndirmək üçün 2 məşhur yanaşma mövcuddur. Bunlardan birincisi Qarşısı alınan Ölümün Dəyəri metodudur (VPF) və yuxarıdakı hallardan ilkində tətbiq edildi. Əcəlsiz ölüm riskini azaltmaq üçün nə qədər xərcləyərdiniz? Bu, əhaliyə bir tam şəkildə tətbiq edilən ölçü vahididir.

İkinci metod isə cəlb olunan fərdlər haqqında əlavə informasiya olduqda tətbiq edilir. Yuxarıdakı “həyat gəmisi” nümunəsində bundan istifadə edildi və bu, Keyfiyyətə bağlı Həyat İli metodudur (QALY). QALY sualdakı insan üçün sağlam şəkildə keçirdiyi bir il nədirsə odur. Bu vacib detaldır. Çünki QALY eşidən və kar doğulan uşaqların hər ikisi üçün eynidir, amma “xəstə qoca” kişi üçün “sağlam” uşağınkından daha azdır. Yaş və sağlamlıq nəzərə alındı, amma hamısı bu qədər. “Bunun iqtisadi əhəmiyyətliliklə heç bir əlaqəsi yoxdur”, - Jessop vurğulayır, - “Varlı bir şəxsin QALY-si kasıbınkı ilə eynidir.”

Birləşmiş Krallıqda QALY £60 000 dəyərində olduğu halda VPF £2 milyon dəyərindədir, yəni QALY-dən 33 dəfə çox. Ədədlər bizə məhdud resursların təyinatı haqqında məlumat verir. Düzdür, istifadə edilmiş ədədlər büdcə kəsrləri və hesablamalardakı qeyri-dəqiqliyə görə praktikada daha aşağı ola bilər. Məsələn, UK National Institute for Health and Care Excellence (Nice) £30,000 civarında QALY dəyəri ilə işləyir. Bu o deməkdir ki, hər hansı xəstənin ömrünü bir il uzatmaq üçün bir xəstəyə £10,000 başa gələn dərman verməyə dəyər, amma £50,000 yox.

Dərmanın və ya müdaxilənin olmayacağı təqdirdə nə olacağı ədalətli şəkildə qiymətləndirilir. Məsələn, Britaniya COVID-19 pandemiyası zamanı kimlərin vaksinasiya üçün ön plana çəkilməli olduğuna QALY hesablamalarına görə qərar verdi və kimin bir dozada, kimin iki dozada vaksinasiya ediləcəyi haqqında qərarını elan etdi.

Jessop vurğulayır ki, bir iqtisadçıya görə, bu metodlar olduqca uyğundur. Amma biz karantin kimi bütün bir cəmiyyətə birdən tətbiq etməli olduğumuz məqamlarda problemlər yaranır. Əgər əksi olsaydı, yəni karantin olmasa idi, nə qədər insan itirilər və ya zərər çəkərdi? Bunu hesablamaq isə olduqca çətindir. Birləşmiş Krallıqda, Treasury-nin Yaşıl kitab kimi bilinən bələdçi kitabçasındakı qiymətləndirmə və hesablamalar belə hallara qarşı çox açıq şəkildə xəbərdarlıq edir. Burada deyilir ki, “bu metodlar fövqəladə hallar və ya xilasetmə situasiyaları” üçün deyil. Və bunun üçün olduqca tutarlı səbəb verir: çünki bunlar minalanmış ərazi kimidir.

Bu minalanmış əraziyə gözucu nəzər salaq. “Imperial College London” pandemiya əvvəlində Birləşmiş Krallıqda heç bir tədbir görülməzsə, ölüm sayının 500 000-dən çox olacağını təxmin etmişdi. Gəlin deyək ki, öləcək olan 500 000 nəfərin hər birinin bundan sonra yaşamış ola biləcəyi 10 ili qalmışdı. Deməli £300 000 000 000-dan (500,000x10x£60,000) az olan istənilən qiymət qarşılığında onları xilas etməyə dəyərdi. Amma biz kimin öləcəyini dəqiq bilmədiyimiz üçün VPF-dən də istifadə etməliyik. Və burada da problem yaradan məqamla üzləşirik. Belə ki, VPF dəyəri daha çox, təqribən £1trilyon (500,000 x £2 milyon) çıxır. Sonradan İmperialın hesablamaları tənqid edildi və başqa qruplar da öz hesablamalarını təqdim etdi. Lakin Birləşmiş Krallıqda “heç bir tədbir alamama” strategiyasını seçmədi. Onda əgər biri düz idisə, bu hesablamalardan hansı düz idi? Biz hansı modeldən istifadə etməliyik?

Bu minalanmış ərazini isə daha yaxından incələdikcə daha təhlükəli olmağa başlayır. İmperial Milli Sağlamlıq Xidmətinin 250 000 ölümlə üzləşə biləcəyini təxmin etdi. Bəs bu COVID və ya COVID-dən olmayan, müalicə əksikliyindən olan ölümlərin nə qədərini biz karantinlənmə olmayan versiyada hesaba qatmalıyıq? COVID uzun çəkdiyi üçün pandemiya dövründən sonra belə bunun bizə yaratdığı xərcləri ödəmək məcburiyyətində qalacayıq. Bəs, bunun kimi zamanla yaranan gözlənilməz xərcləri hesaba qatmalıyıqmı? Bəs, virusların çox keçici olması və saysız-hesabsız yollarla bulaşdığı faktları situasiyanın dinamikliyini artıraraq onu daha da mürəkkəbləşdirmirmi? Hazırda vaksinlər mövcuddur, bəli, amma onların nə vaxt tam qoruma yaratmağa başlayacağı da açıq sualdır. “Açığı, -Jessop deyir, - istənilən nəticəni dəstəkləmək üçün inandırıcı ədədlər tapmaq mümkündür”.

Bəzi akademiklər isə belə xərc-gəlir analizlərinin bir neçə əlavə göstərici daxil etməklə daha geniş situasiyalara tətbiq üçün inkişaf etdirilə biləcəyini düşünürlər. İmperialda işləyən iqtisadçı David Miles Lancaster Universitetindən Katerina Janke və həmkarları tərəfindən 2020-ci ildə aparılan araşdırmanın Britaniyada 2008-ci il iqtisadi böhranının təsiri ilə sonrakı iki il ərzində artan işsizliyin 900 000 əlavə insanın xroniki xəstəliklə üz-üzə qoyduğu nəticəsinə istinad edir. Milesin fikrinə görə, hazırkı iqtisadi ləngimə də işsizlikdə bundan artıq yox, elə bu qədər artıma yol açacağından bu cür analiz bizə karantinin nə vaxt işə düşməli olduğu haqda məlumat verə bilər.

Amma Bar-Yama görə bu bizim müzakirə etməli olduğumuz mövzu deyil. Tədqiqatçılar bizim COVID-lə yaşamaqdan başqa çıxış yolumuz olmadığını düşünərək, virusa kompromisə fokuslanırlar. Kaliforniya Stanford Universitetinin iqtisadçısı Pete Klenou da bununla razılaşır. “İqtisadçılar xərclər üçün, adətən, həmişə artan qabarıq xətt təsəvvür edirlər. Çünki bu hesablamalar COVID-in heç vaxt bitməyəcəyi ehtimalı ilə hesablanır” - o deyir. Amma Bar-Yam iqtisadçıları günahlandırmır. Onun nöqteyi-nəzərindən günahkar Çin və başqa ölkələrin nümunəsindən sonra belə virusun tam bitə biləcəyini açıqlamayan Ümumdünya Səhiyyə Təşkilatıdır. “Başqa xəstəliklər üçün virusun bitmə planı olan ÜST, COVID-19 üçün olan planı masaya qoymadı”, - o vurğulayır.

Yeni Zelandiyada Mişel Baker kimi epidemioloqlar isə Çinə nəzər saldıqda virusun bitməsinin mümkün olduğunu gördülər, öz dövlətlərini də buna inandırdılar və haqlı çıxdılar. Baker “Lancet”in redaktoru Riçard Hortonun da olduğu və gündən-günə böyüyən bir qrupa aiddir ki, bu qrup Böyük Britaniya və ABŞ kimi ölkələri hələ də gec olmadığı üçün uyğunluğu izləməyə səsləyir. Baker qəbul edir ki, onun motivləri milli maraqlardan təşkil olunur: “COVID-dən azad olmuş ölkələr üçün ən böyük təhlükə virusun dəhşəti içində hələ də boğulan ölkələrdir. Biz bunu dayandıra bilərik”. Bar-Yam deyir - Bu, bizim burada etdiyimiz kimi karantində olan xırda inkişaflardan başlayır, daha sonra sürətli artan bu infeksiyanı azaltmaq və sonda isə səyahətlərə məhdudiyyətlər qoymaq lazımdır. Onun özünə aid olan modellər isə göstərir ki, karantinin gətirdiyi zərərlər və COVID-dən itirilən həyatlar tam azadlıq ardından gələn bir müddətlik sərtləşdirmə tədbirləri zamanı olandan daha çoxdur. “Bu daha əvvəl aydın deyildisə, Yeni Zelandiya və digər uğurlu ölkələrin ardından aydın olmalıdır”, - o qeyd edir.

Yeni “No COVID” strategiyası HM Yaşıl Kitabda olan prinsiplə tam uyğunlaşır: fövqəladə hallarda zərər qərara təsir etməməlidir. Bu, University College Londonda filosof olan James Wilsonun etik yanaşması ilə daha çox oxşardır: əvvəlcə strategiya üçün məqsədləri müəyyənləşdirmək, sonra isə həmin məqsədlərə çatmaq üçün lazımı addımları təyin etmək. Bir çox insan qeyri-iradi olaraq bunu təsdiqləyir. Britaniyanın sürü immuniteti strategiyasının nəticələri aydın olduqca, təkcə dövlət özü yox, həm də britaniyalılar bunu rədd etdi. “Bir iqtisadçı bu qərarın insanların həyat xilas etməyi üstün tutduğunu göstərdiyini deyə bilər, - o davam edir, - mən düşünürəm ki, daha aydın şərh insanların varlı cəmiyyətlərdə bəzi seçimlərin şüursuzca edildiyinin fərqinə varması ilə verilə bilər”.

Gülməli olan nüans isə odur ki, “No COVID” strategiyası Britaniyanın kansleri Rişi Sunak əksini iddia etdikcə güclənir. O deyir ki, karantini daha gec yox, daha tez yığışdırmalı və vəziyyəti bu cür davam etdirməliyik. Seçimlərdən əvvəl “COVID-i dayandırmaq” sözü vermiş Bayden isə iqtisadiyyatı çökdürməkdən imtina edir. İndi düşüncələrimiz sürü immuniteti ideyasını qovmuş biri kimi dəyişdirməliyik, “No-COVID”-çilər razılaşmır. Bu iki şeyi bilirik. COVID-19 bitə bilər, davam etdikcə isə bunu bitirmədiyimiz hər həftə xərclər hesablanması çətin olan ədədlərlə daha da artmaqdadır. Ona görə də virusun özünü məhv etmək əsas məqsədimiz olmalıdır.

Apreldə COVID xərclərini təxmin etmək üçün edilən cəhdləri tənqid edən Julian Jessop tarixi analoq təklif edir: “Biz İkinci Dünya Müharibəsinin avantaj və dezavantajlarını bu şəkildə hesablaya bilməzdik”. Təsəvvür edirsiniz Çörçil Almaniyaya müharibə elan etmə qərarını həmin müharibə dövründə neçə həyat xilas edə biləcəyi ilə verirdi? Baş Nazirin bunu oxuduğu və strategiya dəyişməyə inandığı halda o, gələcək COVID qərarlarını Çörçil testindən keçirməlidir: Britaniyanın ən məşhur müharibə lideri nə edərdi?

Laura Spinney, “The Guardian” qəzeti.

Tərcümə edən: Allahverdi Həsənov

ONA

Teqlər:

SON XƏBƏRLƏR