• SOSİAL

    17:22 22 may 2020

Azərbaycanda indiyədək 681 tibb işçisi koronavirusa yoluxub, 4 həkim vəfat edib

“Gəncədəki xəstəxanamızda 1962-ci təvəllüdlü cərrah həmkarımız vəfat edib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı nəzərə çatdırıb ki, vəfat edən cərrahın yanaşı gedən xəstəlikləri olub: “O, 30 apreldə Neftçilər Xəstəxanasına daxil olub, həyatını xilas etmək mümkün olmayıb”.

Onun sözlərinə görə, indiyədək 681 tibb işçisi koronavirusa yoluxub.

R. Bayramlı nəzərə çatdırıb ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edib: “Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. İndiyə qədər 4 həkim vəfat edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR