• SOSİAL

    17:27 23 oktyabr 2019

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçkilər keçirilib.

ONA-nın xəbərinə görə, səsvermədə akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla AMEA-nın prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR