• SİYASƏT

    13:51 27 oktyabr 2021

Ərdoğan: “Türkiyə azad edilmiş ərazilərin bərpasında iştirakdan qürur duyur”

"Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur".

APA-nın yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.

Ərdoğan Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərini yaxından gördüyünü qeyd edib.

O, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ilə mühüm hava nəqliyyatı marşrutunun həyata keçirilməsinə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Füzuli aeroportu təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün nəqliyyat sahəsində böyük potensiala malikdir.

“Bölgədə yol tikintisi ilə bağlı rəsmilərimizdən və əməkdaşlarımızdan məlumat aldıq. Türkiyə olaraq regional sülh və sabitliyin qurulmasında nəqliyyat xətlərinin əhəmiyyətini hər zaman vurğulamışıq”, - Türkiyə dövlət başçısı vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR