• TƏHLİL

    17:35 5 yanvar 2026

Kilsə ətrafında proseslər hökumətin təşəbbüsü yox, xalqın tələbidir – Erməni siyasi şərhçi - TƏHLİL

Ermənistanda son aylar kilsə ətrafında müşahidə olunan proseslər təkcə dini müstəvidə baş verən dəyişikliklər deyil, həm də ölkənin siyasi, ideoloji və milli identiklik baxımından keçid mərhələsində olduğunu göstərən mühüm hadisə kimi dəyərləndirilir. Uzun illər ərzində Erməni Apostol Kilsəsinin cəmiyyət daxilində oynadığı rol formal olaraq ruhani institut funksiyası ilə məhdudlaşmalı olduğu halda, reallıqda bu qurumun həm daxili siyasi proseslərə, həm də ölkənin geosiyasi yönümünə təsir göstərən platformaya çevrildiyi iddia olunur. Bu vəziyyət isə təbii olaraq ictimai narazılıq yaradır və kilsə ilə xalq arasında inam uçurumunu daha da dərinləşdirir.

Bu gün Ermənistanda müşahidə edilən dinamika, ilk növbədə, cəmiyyətin kilsədən ruhani və mənəvi liderlik gözləntisi ilə onun real fəaliyyəti arasında yaranmış ziddiyyətlərin nəticəsi kimi ortaya çıxır. Baş verənlər siyasi müdaxilə kimi təqdim edilsə də, proseslərin mahiyyətində ictimai tələb və suverenlik axtarışı dayanır. Bu fonda Ermənistanın gələcək inkişaf modeli, onun Qərb və ya Rusiya arasında seçimindən tutmuş milli kimlik və dövlətçilik anlayışına qədər bir çox strateji məsələ yenidən müzakirə obyektinə çevrilir. Kilsə islahatları isə bir daha geniş dəyişikliklərin mərkəzi elementlərindən biri kimi qəbul olunur.

Никол Пашинян создал с 10 епископами “координационный совет по обновлению  церкви” - Новости 05.01.2026 | Verelq News

Məhz bu fonda Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginə müxalif olan 10 yepiskopla birlikdə erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib. Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.

Erməni Apostol Kilsəsi öz həqiqi ruhani missiyasına qayıtmalıdır

Məsələyə dair APA-ya açıqlama verən erməni siyasi şərhçi Natali Aleksanyanın fikrincə sözügedən şuranın yaradılmasının mahiyyəti Erməni Apostol Kilsəsi ətrafında baş verən proseslərin hökumətin müdaxiləsi yox, kilsənin illər uzunu xarici təsirlərdən uzaqlaşıb öz həqiqi ruhani missiyasına qayıtmasını tələb edən cəmiyyətin yığılıb qalmış ictimai iradəsinin ifadəsindən ibarətdir:

Qarabağ nağılı artıq bizim üçün bitib”-Nataly Aleksanyan - Ulusal.Az

İlk növbədə bir məqamı aydın şəkildə vurğulamaq lazımdır: Erməni Apostol Kilsəsi ətrafında başlayan proseslər hökumətin təşəbbüsü deyil, xalqın illər boyu toplanmış və uzun müddət susdurulmuş tələbinin nəticəsidir. Ktriç Nersisyan (II Qaregin) və onun qardaşı Ezras Nersisyan uzun illər ərzində Erməni Apostol Kilsəsini ruhani institutdan daha çox, xarici təsirlərin – xüsusilə sovet KQB ənənələrinin izlərini daşıyan bir sistemə çevirmişdilər. Nəticədə kilsə tədricən öz həqiqi missiyasından uzaqlaşaraq qapalı, nəzarətçi və qorxu üzərində qurulmuş bir quruma çevrilmişdi. Bu vəziyyətin cəmiyyət tərəfindən cavabsız qalması mümkünsüz idi”.

Erməni şərhçinin sözlərinə görə, xalq inancı ləğv etməyi deyil, kilsənin öz milli və ruhani mahiyyətinə qayıtmasını tələb edib: “Bu səbəbdən bu gün gördüyümüz proseslər yuxarıdan zorla tətbiq edilən siyasi islahat deyil, aşağıdan yüksələn ictimai tələbin institusional ifadəsi kimi qiymətləndirilməlidir. Bəzi dairələrin cəhdlərinə baxmayaraq, bu prosesləri yalnız Baş nazir Nikol Paşinyanın adı ilə bağlamaq mümkün deyil. Paşinyan ictimai tələbi formalaşdıran yox, ona reaksiya verən demokratik lider kimi çıxış edir və bu halda da şəxsi maraqla deyil, xalqın istəyinə uyğun hərəkət edir. Buna görə də baş verənlər hakimiyyətin özbaşına müdaxiləsi kimi deyil, cəmiyyətin kilsənin sağlamlaşdırılması tələbinin nəticəsi kimi qəbul edilməlidir, çünki artıq bu tələbi görməzdən gəlmək mümkün deyildi”.

Ermənistanın gələcəyi Moskvada yox, İrəvanda qərarlaşdırılmalıdır

Aleksanyan qeyd edib ki, bu addımla erməni xalqı faktiki olaraq öz iradəsini – KQB agent şəbəkələrindən və Rusiyanın uzun illər davam edən təsirindən azad olmaq istəyini bəyan edir: “Bu təsir illər boyu təkcə siyasi deyil, həm də ruhani müstəvidə dərin kök salıb. Uzun müddət ərzində Erməni Apostol Kilsəsi konstitusiyaya zidd olaraq və dövlət əleyhinə məqsədlər üçün təsir alətinə çevrilib. Halbuki Ermənistan Respublikasının Konstitusiyası açıq şəkildə bildirir ki, kilsə siyasi proseslərə müdaxilə etmək səlahiyyətinə malik deyil. Reallıq isə tam fərqli olub: Ktriç Nersisyan artıq çoxdan ruhani xidmətdən uzaqlaşıb və özünü siyasi fiqur kimi təqdim edərək Ermənistanın daxili siyasi həyatına açıq şəkildə təsir göstərməyə, hətta hakimiyyət dəyişikliyi və çevriliş ssenarilərini təşviq etməyə cəhd edib. Bu kontekstdə hazırda həbsdə olan Qalstanyanın (Baqrat Qalstanyan) da adı xatırlanmalıdır. O, siyasi baxışlarına görə deyil, xalqın açıq tələbi və qanuni prosedurlar nəticəsində azadlıqdan məhrum edilib ki, bu da cəmiyyətin artıq kilsə adı altında fəaliyyət göstərən siyasi fiqurlara dözmək istəmədiyini bir daha göstərir. Ermənistan Respublikası birmənalı şəkildə Rusiya təsir zonasından çıxmalıdır. Bu, hər hansı xarici təzyiqin deyil, erməni xalqının suveren iradəsinin ifadəsidir. Dövlət tam müstəqil sayıla bilməz, əgər onun ruhani institutları hələ də xarici güclərin maraqlarına xidmət edirsə. Buna görə də kilsənin yenilənməsi prosesi milli özünütəmizləmə və suverenliyin bərpası mərhələsi kimi dəyərləndirilməlidir. Bu mərhələdə erməni xalqı açıq mesaj verir: Ermənistan Respublikasının gələcəyi Moskvada deyil, Yerevanda müəyyən olunur”.

Kilsənin təmizlənməsi və dirçəlişi xalqın tələbidir

Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor

Siyasi şərhçi qeyd edib ki, Ermənistan müxalifəti bu prosesləri qaralamağa və ictimai rəyin gözündə dəyərsizləşdirməyə çalışsa da, “müdaxilə” tezisləri saxta gündəm xarakteri daşıyır: “Erməni xalqı öz taleyi ilə bağlı fundamental məsələlərdə səhv edə bilməz. Bu gün Ermənistanda baş verən proseslər xalqın şüurlu iradəsinin nəticəsidir, baxmayaraq ki, Ermənistan müxalifəti onları qaralamaq, təhrif etmək və cəmiyyətin gözündə dəyərsizləşdirmək üçün hər addımı atır. Müxalif dairələr hökumətin guya kilsənin daxili həyatına müdaxilə etdiyini iddia edirlər. Lakin bu iddialar reallığa uyğun deyil və açıq-aşkar manipulyativdir. Əgər həqiqətən belə bir müdaxilə olsaydı, Ktriç Nersisyan çoxdan hüquqi məsuliyyətə cəlb edilmiş olardı. Bu faktın özü sübut edir ki, söhbət hakimiyyət zorakılığından və ya təzyiqindən getmir”.

Onun sözlərinə görə, əsas problem ondan ibarət olub ki, 26 il ərzində Erməni Apostol Kilsəsi cəmiyyətə ruhani dəstək verə bilməyib:

Əsl mənzərə daha dərin və ağrılıdır: 26 il ərzində Erməni Apostol Kilsəsi erməni xalqına ruhani qida verməyib. Kilsə qapalı korporativ quruma çevrilib, inanclı insandan uzaqlaşıb. Xalq inancı rədd etməyib — xalq ruhani ad altında fəaliyyət göstərən fəaliyyətsizliyi, ikiüzlülüyü və xarici təsirlərə xidmət etməyi rədd edib. Bu gün baş verən proseslər hökumət kabinetlərində yaranmayıb. Onlar xalqın içində illərlə yığılan məyusluqdan, susqunluqdan və ağrıdan doğub. Bu, hakimiyyətin kaprizi deyil, erməni xalqının tələbidir. Və bu tələbi siyasi ssenari kimi təqdim etməyə nə qədər çalışsalar da, reallıq dəyişmir: xalq kilsənin təmizlənməsini, dirçəlişini və öz həqiqi missiyasına qayıtmasını tələb edir. Bu prosesi qorxutma, qaralama və ya damğalama yolu ilə dayandırmaq mümkün deyil. Çünki bu, siyasi mübarizə yox, milli özünüdərkin anıdır”.

Kilsənin sağlamlaşdırılması Ermənistan dövlətini zəiflətmir, əksinə gücləndirir

Erməni kilsəsinin mənşəyi və əhəmiyyəti: Üsyanın arxasında kim var?

Natali Aleksanyan kilsə daxilində mövcud parçalanma iddialarına da münasibət bildirib: “Bəli, kilsə daxilində müəyyən parçalanma qaçılmazdır, lakin burada düzgün ifadə vacibdir: parçalanma bu gün həyata keçirilən islahatlarla yaranmır, o, artıq mövcud idi. Kilsə çoxdan bölünmüşdü: bir tərəfdə xalq və inanclılar, digər tərəfdə isə illər boyu legitimliyini itirmiş qapalı klan sistemi. Sözdə “legitimlik böhranı” islahatların nəticəsi deyil, onların səbəbidir. Bu gün bəzi ruhani şəxslər və dairələr islahatların kilsənin birliyini təhlükə altına qoyduğunu iddia edirlərsə, əslində onlar sadəcə itirdikləri mövqeləri və təsiri qorumağa çalışırlar. Ermənistanın siyasi sabitliyinə gəldikdə isə, mənzərə tam əksinədir: kilsənin sağlamlaşdırılması və xarici təsirlərdən azad olunması dövləti gücləndirir. Siyasi qeyri-sabitlik ruhani qurumlar siyasi alətə çevrilib xarici gündəmlərə xidmət etdikdə yaranır. Məhz bu təhlükə hazırkı proseslər nəticəsində azalır”.

Güclü milli kilsə xarici təsirdən azad və xalqa xidmət edən kilsədir

Şərhçi bildirib ki, kilsədə aparılan islahatlar Ermənistanın sivilizasiya seçimi ilə də bağlıdır:

Kilsə islahatları Ermənistanın sivilizasiya seçimi ilə birbaşa bağlıdır. Qərbə inteqrasiya inancın itirilməsi və ya milli kimliyin rədd edilməsi demək deyil. Bu o deməkdir ki: institusional məsuliyyət, şəffaflıq və kilsənin öz həqiqi missiyasına – xalqa xidmətə, siyasi və ya xarici mərkəzlərə yox – qayıtması təmin olunur. Erməni Apostol Kilsəsi milli kimliyin əsas sütunlarından biridir. Lakin milli olmaq qapalı, dəyişməz və hesabatdan kənar olmaq demək deyil. Əksinə, güclü milli kilsə zamanla ayaqlaşan və müstəqil dövlətin maraqlarından çıxış edən, Rusiyanın və ya başqa hər hansı ölkənin təsiri altında olmayan kilsədir. Bu islahatlar dövlətçiliyin möhkəmləndirilməsinin bir hissəsidir. Çünki müstəqil dövlət asılı ruhani instituta malik ola bilməz. Milli kimlik isə qorxu, susqunluq və KQB tipli mexanizmlər şəraitində inkişaf edə bilməz. Bu proseslərə verilən müxtəlif siyasi qiymətlərə baxmayaraq, əsas amil xalqın real tələbi və cəmiyyətin daxili seçimidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR