• BÜTÜN XƏBƏRLƏR

    18:49 8 may 2026

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

Audiovizual Şuradan ONA-ya verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

Əhmədov Ayxan Əbdül Kərim oğlu

Əzimov Tural Qürbət oğlu

Məmmədzadə Tural Sahib oğlu

Qulamov Arzu Aydın oğlu

Baxşıyeva İlhamə Rafiq qızı

Məmmədov Fikrət Alı oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Şahsuvarov Taleh Novruz oğlu

Nağıyev Anar Əlişah oğlu

Əliyeva İlahə Xudu qızı

Cəfərov Əli Sucəddin oğlu

Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR