• BÜTÜN XƏBƏRLƏR

    16:42 7 may 2026

Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə ONA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR