“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.
ONA xəbər verir ki, bu, Prezident İlham Əliyevin ““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.