• BÜTÜN XƏBƏRLƏR

    17:48 21 aprel 2026

Güzəştli ipoteka kreditindən istifadə hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

ONA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Bu sıraya ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də əlavə edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR