• BÜTÜN XƏBƏRLƏR

    18:18 22 fevral 2019

Ucarda altı otaqlı ev yanıb

Ucarda evdə yanğın hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qazıqumlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1934-cü il təvəllüdlü Kərimov Tacir Məhəmməd oğluna məxsus 1 mərtəbəli, ümumi sahəsi 130 kv. m olan 6 otaqlı evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə FHN-in Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR