Alban-Udi xristian dini icmasının üzvləri Tuğda qədim alban məbədini ziyarət edib
  • DAĞLIQ QARABAĞ

  • 14:59 17 Aprel 2021

Alban-Udi xristian dini icmasının üzvləri Tuğda qədim alban məbədini ziyarət edib

Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

APA-nın yerli bürosunun məlumatna görə, səfər çərçivəsində dini icma üzvləri Tuğ kəndindəki qədim alban məbədini ziyarət ediblər. İcma sədri Robert Mobili və dini icma üzvləri alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

Hazırda dini icma üzvləri ərazidəki tarixi abidələrə baxış keçirirlər.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR