ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirəcək
  • DAĞLIQ QARABAĞ

  • 11:37 17 Dekabr 2019

ATƏT Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirəcəklər.

ONA

Teqlər: ATƏT monitorinq

OXŞAR XƏBƏRLƏR