ATƏT-in Azərbaycan və Ermənistan dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb
  • DAĞLIQ QARABAĞ

  • 12:49 18 Dekabr 2019

ATƏT-in Azərbaycan və Ermənistan dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib. 

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçiriblər.

ONA

Teqlər: ATƏT monitorinq

OXŞAR XƏBƏRLƏR