Azay Quliyev: “İşğalçı Ermənistanın Qarabağdakı varlığına çox az qalıb”
  • DAĞLIQ QARABAĞ

  • 20:07 28 Oktyabr 2020

Azay Quliyev: “İşğalçı Ermənistanın Qarabağdakı varlığına çox az qalıb”

“Bu gün Ermənistanın Bərdəyə qarşı insanlıq əleyhinə törətdiyi cinayətdən sonra bir daha aydın oldu ki, bu faşist və barbar ölkə ilə heç bir danışıqlar aparmağa dəyməz.
Döyüş meydanında darmadağın edilən düşmən alçaqcasına mülki əhalini qəfil raket atəşinə tutur, uşaqları və qadınları öldürür. Çarəsiz və məğlub olan Ermənistan bu kimi alçaq addımları ilə təskinlik tapmağa, heyif almağa və xalqımızı qorxutmağa çalışır”.

Ona xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev “facebook” hesabında yazıb.

A.Quliyev qeyd edib ki, son bir ayda Azərbaycan xalqının bu xain hücumlardan qorxmaması və torpaqlarının böyük bir hissəsini işğaldan azad etməsi mənfur düşməni daha da özündən çıxarır və azğınlaşdırır:

“Əlbəttə şanlı ordumuz Bərdənin qisasını alır və bundan sonra da misli ilə alacaq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
İşğalçı Ermənistanın Qarabağdakı varlığına çox az qalıb. Başladığımız bu müqəddəs savaşda haqq etdiyimiz tarixi qələbəyə mütləq nail olacağıq.
Müzəffər Ali Baş Komandandan çox tezliklə yeni xoş xəbərlər eşidəcəyik”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR