Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:40 04 Dekabr 2020

Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

4 dekabr 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Qeyd edək ki, Senatın ötən həftə "Dağlıq Qarabağın tanınmasının zəruriliyinə dair" adlı qətnamə qəbul etməsi ilə bağlı da Azərbaycan Fransaya etiraz notası vermişdi. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR