• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    20:41 4 oktyabr 2020

Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş doqquz kəndinin adını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb.

APA-nın məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR