• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:56 2 mart 2019

Azərbaycan və Ermənistan liderlərinin görüşünün yeri və vaxtı barədə hələlik qərar yoxdur

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün yeri və günü barədə hələlik qərar yoxdur.

ONA-nın məlumatına görə, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dünən yayılmış bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüşmək təklifini qəbul etdikləri qeyd olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR