Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda olub
  • DAĞLIQ QARABAĞ

  • 12:32 06 Fevral 2021

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda olub

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindədirlər.

APA-nın səfəri müşayiət edən əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.

Qeyd olunub ki, səfər zamanı diplomatik korpusun nümayəndələri əvvəlcə Cəbrayılda dünyada tanınmış rəssam Reza Deqqətinin əsərlərindən ibarət sərgiyə tamaşa edəcəklər. Sərgidə Cəbrayılın işğaldan əvvəlki və sonrakı dövrlərini əhatə edən fotolar sərgilənəcək.

 Daha sonra diplomatlar dağıdılmış qəbiristanlığa baş çəkəcək. Dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asdıqdan sonra “Çinar” çay evinin qalıqlarına baxacaqlar.

Diplomatlar həmçinin tarixi Xudafərin körpüsü ilə tanış olacaqlar.

Sonra diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrə baxacaq, Mincivan yaşayış məntəqəsində olacaqlar.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR