• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:17 5 aprel 2021

Bakıda avtomobil işıq dirəyinə və başqa avtomobilə çırpılıb - FOTO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə aeroport şosesində baş verib.

1983-cü il təvəllüdlü Ağayev Abdul Aydın oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. Bu zaman o, sükana nəzarəti itirib və avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil yol ayrıcına çırpılaraq digər zolaqda hərəkətdə olan və Əsgərov Ramiz İsmayıl oğlunun idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində A.Ağayev və avtomobildə olan digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR