Çavuşoğlu: “Bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanındayıq”
  • DAĞLIQ QARABAĞ

  • 22:46 20 İyun 2020

Çavuşoğlu: “Bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanındayıq”


“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Qarabağ problemi,  Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Qarabağ Azərbaycanındır”. 

M.Çavuşoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan kompromis variantlara razılıq verməyib, əksinə Qarabağda qanunsuz seçkilər keçirib ki, bunu da beynəlxalq ictimaiyyət tanımayıb: “Ermənistan bu təxribatlar əvəzinə, problemin sülh yolu ilə həllinə gəlməlidir. Bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR