Çavuşoğlu: "Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən atəşkəsin mənası yoxdur"
  • DAĞLIQ QARABAĞ

  • 00:06 02 Oktyabr 2020

Çavuşoğlu: "Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən atəşkəsin mənası yoxdur"

"Ermənistan-Azərbaycan münaqişəsinin daimi həlli və Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyənə qədər, atəşkəsin mənası yoxdur".

APA-nın Türkiyə bürosunun "Anadolu" xəbər agentliyinə istinadla xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatik mənbələrindən alınan açıqlamada bildirilib ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında belə deyib.

Qeyd olunub ki, M.Çavuşoğlu, "bu gün atəşkəsə nail olunsa da, işğal olunmuş ərazilər təmizlənmədən münaqişə yenidən başlayacaq", - deyə bildirib. 

Qeyd edək ki, M.Cavuşoğu ilə S.Lavrovun bu gün və sentyabrın 28-də Qarabağ mövzusunda telefon söhbəti olub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR