Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçirir
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 13:33 20 May 2020

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlim Ağdam rayonunun Uzundərə adlanan ərazisində aparılır.

Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.

Hazırda təlim davam edir.
 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR