Ermənilərin Bərdəyə atdığı bomba nəticəsində həlak olanların fotosu "TIME" jurnalında "İlin 100 fotosu"na daxil edilib
  • DAĞLIQ QARABAĞ

  • 14:52 19 Dekabr 2020

Ermənilərin Bərdəyə atdığı bomba nəticəsində həlak olanların fotosu "TIME" jurnalında "İlin 100 fotosu"na daxil edilib

"TIME" jurnalı 2020-ci il üzrə "İin 100 fotosu"nu dərc edib.

APA-nın xəbərinə görə, 2020-ci ilin 100 fotosu arasında oktyabrın 28-də Ermənistan hərbi qüvvələrinin Bərdəyə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var. 

Fotonun müəllifi "New-York Times"in fotoqrafı Ivor Prickettdir.

Xatırladaq ki, oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket 21 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR