• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:55 27 fevral 2019

Ermənistan Göy Məscidin UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət edəcək

Ermənistan İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsinə dair müraciət hazırlayıb.

ONA xəbər verir ki, bu barədə İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan İRNA-ya müsahibəsində bildirib.

O deyib ki, bununla bağlı İran tərəfi ilə birlikdə iş aparılır və bəzi korrektələrdən sonra UNESCO-ya müraciət ediləcək.

Paşinyan əlavə edib ki, bu, İranla bu məsələ ilə bağlı ilk əməkdaşlıq deyil: “İranın səyləri sayəsində Müqəddəs Faddey və Müqəddəs Stepanos monastırları UNESCO-nun siyahısına daxil edilib”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR