Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:28 07 Yanvar 2020

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ONA

Teqlər: atəşkəs

OXŞAR XƏBƏRLƏR