Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 24 dəfə pozub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:22 13 Yanvar 2020

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ONA

Teqlər: atəşkəs

OXŞAR XƏBƏRLƏR