• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    05:42 5 iyun 2019

Fövqəladə Hallar Nazirliyinin daha bir əməkdaşı yeni uğura imza atıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neft müəssisələri üzrə N saylı Yanğından Mühafizə Hissəsinin növbə rəisi daxili xidmət mayoru İlqar Ələkbərov yeni bir uğura imza atıb. Əməkdaşımız Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Karate üzrə Dünya çempionatında 3-cü yeri qazanıb.

Qeyd edək ki, İlqar Ələkbərov bir sıra beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edərək bayrağımızı yüksəklərə qaldırıb. O, bu gün Ukraynanın Xarkov şəhərində start götürən Avropa çempionatında da ölkəmizi təmsil edəcək.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançımızı uğurlu nəticəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR