• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:34 4 mart 2019

İran səfirliyi Paşinyanın Tehrana səfəri zamanı ermənilərin özbaşınalığı ilə bağlı bəyanat yayıb

İranın dövlət rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyan ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir.

ONA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, İran müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək: “Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR