MN: Partlayış nəticəsində hərbi qulluqçumuz həlak olub
  • DAĞLIQ QARABAĞ

  • 20:47 04 Fevral 2021

MN: Partlayış nəticəsində hərbi qulluqçumuz həlak olub

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!" - məlumatda belə deyilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR