Mustafa Şentop: "Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"
  • DAĞLIQ QARABAĞ

  • 12:30 06 Mart 2019

Mustafa Şentop: "Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"

Türkiyə və Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur.

ONA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu əlaqələri və regiondakı vəziyyəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini diqqətə çatdırıb: “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və sonuna qədər Azərbaycanın yanındayıq. Bu məsələdə ədalətin bərqərar olmasını istəyirik”.

Mustafa Şəntop səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Novruz Məmmədovla da görüşəcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR