• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:42 5 mart 2019

Nazir: Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar nəticəsində 100 min hektar ərazi canlı sərvətləri ilə birlikdə məhv olub

Ermənistanın Azərbaycan torpaqlarında qəsdən törətdiyi yanğınlar nəticəsində 100 min hektar ərazi canlı sərvətləri ilə birlikdə məhv olub.

ONA-nın məlumatına görə, bu sözləri ekologiya naziri Muxtar Babayev hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Araz çayının çirklənməsi nadir balıq növünün məhvinə səbəb olub: “Eyni zamanda işğal altında olan Sərsəng su anbarı qəzalı vəziyyətə düşüb. Anbarın dağılması 4 min əhali üçün ciddi təhdid yaradır. 2016-cı AŞPA Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilib. Lakin onun tələbləri yerinə yetirilmir. İşğal edilmiş ərazilərdə qızıl mis yataqlarının xarici ölkələrə qanunsuz istismarı təşkil olunur. Beynəlxalq ticarət mərkəzinin hesabatına əsasən Ermənistanın dağ mədən ixracının həcmi artıb. Bu da işğal olunmuş ərazilərimizin təbii ehtiyatları hesabınadır”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR