• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:57 7 oktyabr 2020

Prezident: "Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir"

Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirib.

Dövlət başçısı bildirib ki, sentyabrın 27-də Ermənistan ölkəmizə hücum edib, bizim hərbi mövqelərimizə hücum edib, infrastruktura ziyan vurub, mülki şəxslərə hücum edib:

“İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.

Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR