• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:45 1 aprel 2019

Putinlə Paşinyan Vyana görüşündən danışıblar

Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ONA-nın “news.am”a istinadən verdiyi məlumata görə, danışıq zamanı martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş müzakirə edilib.

V.Putin və N.Paşinyan həmçinin iki ölkə arasında əməkdaşlığa dair bir sıra məsələlərə də toxunublar.

Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR