Qənirə Paşayeva: "Hər il minlərlə insan ölkəsində gedən münaqişələrə görə qaçqın düşür"
  • DAĞLIQ QARABAĞ

  • 13:19 09 Aprel 2019

Qənirə Paşayeva: "Hər il minlərlə insan ölkəsində gedən münaqişələrə görə qaçqın düşür"

Gender bərabərliyi əsas insan hüquqlarından biri olmaqla yanaşı, həm də rifah üçün önəmli şərtlərdən biridir.

ONA-nın Avropa bürosunun verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında “Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində BMT ilə əməkdaşlığın gücləndirilməsi”nə dair müzakirələrdə çıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. O bildirib ki, davamlı inkişaf üçün uşaqlara qarşı şiddətə son verilməli, insan alverinin qarşısı alınmalıdır, həmçinin öz ölkəsindən didərgin düşən qaçqınlar məsələsinə də diqqət edilməlidir.

Qənirə Paşayeva  Azərbaycanda da bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu və 20 faiz torpaqlarının işğal edildiyini xatırladaraq hər il dünyada yaşayan minlərlə insanın ölkələrində gedən münaqişələrə görə qaçqın düşdüyünü qeyd edib. Deputat üzv ölkələrin nümayəndələrini məruzəçilərin qətnamələrində diqqət çəkilən bu məsələlərə qarşı daha diqqətli və həssas yanaşmağa çağırıb. 

Aytən Abbaslı

OXŞAR XƏBƏRLƏR